Naxçıvan Könüllülərinin birlik həftəsinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vətənimiz” adı altında Gənclər Fondunun təşkilatçılığı ilə baş tutan aksiya gənclərin vətənə, milli-mənəvi dəyərlərimizə və tariximizə bağlılıqlarını nümayiş etdirmələri üçün keçirilir.

Aksiya çərçivəsində bu gün könüllülər Heydər Əliyev muzeyi və Naxçıvan şəhərindəki digər bir sıra muzeyləri ziyarət ediblər.

Həftə ərzində “Könüllülük sərhəd tanımır!” devizi altında keçiriləcək tədbirlər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunacaq, könüllü şəkildə toplanan eksponatlar muzeylərə hədiyyə ediləcək. Həmçinin ətraf mühitin sağlamlaşdırılması, göl və çay sahələrinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Təbiətimiz” ekoloji aksiyası təşkil ediləcək. Bundan əlavə “Naxçıvan Könüllülərinin I Həmrəylik Forumu” reallaşdırılacaq, könüllü qanvermə aksiyası təşkil olunacaq. Bütün Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük Həftəsi”nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaq.       

                                                       Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: