Qələbəmizin qəhrəmanları: şəhidlər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Qələbəmizin qəhrəmanları: şəhidlər” mövzusunda keçirilən  açıq dərsdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin  şagirdləri iştirak edib. Dərsdə muzeyin əməkdaşı Tamara Novruzova bildirib ki, 44 günlük döyüşlərdə ordumuz düşməndən vətən həsrəti ilə keçən ağrılı-acılı illərin intiqamını aldı və ədaləti bərqərar etdi. Azərbaycan tarixinin elə bir dövrünə şahidlik edirik ki, illər sonra da bu qələbə sevinci daim xatırlanacaq, bu barədə kitablar yazılacaq.

Sonra şagirdlər muzeydə sərgilənən, erməni daşnaklarının törətdiyi 1905-1907-ci illər, 31 mart,  20 yanvar, eləcə də Xocalı soyqırımlarına aid arxiv sənədləri, fotoşəkillər və ümummilli lider Heydər Əliyevin bu faciəvi hadisələrlə bağlı imzaladığı fərmanların surətləri ilə tanış olublar.

Həmçinin I Qarabağ müharibəsi və Naxçıvanın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımıza aid fotoşəkillər, xatirə əşyaları açıq dərsdə iştirak edən şagirdlərin diqqətinə çatdırılıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: