Ordubad rayonunda ziyanvericilərə qarşı tədbir görülür

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunda kənd təsərrüfatında zərərverici olan çəyirtkələrə qarşı kimyəvi mübarizə məqsədilə tədbir keçirilib. Ordubad rayonunun torpaq mülkiyyətçiləri ilə görüşən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin  əməkdaşları ziyanvericilərə qarşı görülən tədbirlər, eləcə də çəyirtkələrə qarşı kimyəvi mübarizədə istifadə olunan pestisidlər təsir mexanizmi haqqında onlara məlumat veriblər.

Rayon ərazisindəki aparılan müşahidələr zamanı Mərakeş çəyirtkəsinin geniş yayıldığı aşkar olunub. Zərərvericinin növünə uyğun olaraq pestisidlər tətbiq olunub, kimyəvi müalicə həyata keçirilib. Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin təmin olunması, bol məhsulun əldə edilməsi bir çox amillərlə yanaşı, bitki zərərvericilərinə və xəstəliklərə qarşı aparılan kimyəvi mübarizə tədbirlərindən də asılıdır.

Muxtar respublikanın rayonlarında müvafiq müayinələr və müşahidələr aparılmaqla, zərurət yaranan yerlərdə mübarizə tədbirləri davam etdirilir. 

Emin Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: