Mərkəzi Bazarda təşkil olunan yarmarkaya 150 ailə təsərrüfatçısı məhsul çıxardı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən 150-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 72 ton müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb.

Yarmarkaya ailə təsərrüfatçıları tərəfindən 148 çeşiddə, 45 növdə keyfiyyətli məhsullar çıxarılıb. Mövsümlə əlaqədar daha çox kənd təsərrüfatı məhsulları, xüsusilə də kartof, soğan, kələm, balqabaq, çuğundur, nar, şərq xurması və digər məhsullar çoxluq təşkil edib.

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: