"Naxçıvan Könüllülərinin Birlik Həftəsi"davam edir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən start verilmiş "Naxçıvan Könüllülərinin Birlik Həftəsi" layihəsi çərçivəsində tədbirlər davam etdirilir.  NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün könüllülər "Könüllülük sərhəd tanımır!" devizi altında Babək, Ordubad və Şahbuz rayonlarında xüsusi qayğıya ehtiyacı olan şəxsləri ziyarət edib, onlara hədiyyələr aparıblar. Gənclər ahıllarla səmərəli vaxt keçirib, səmimi söhbət edib, onların səhhətləri və qayğıları ilə də maraqlanıblar.

Aksiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial problemlərinin həlli, gənclərdə xeyirxah əməllərə maraq oyatmaq və cəmiyyət arasında könüllü yardımlaşmağın təbliğ olunmasından ibarətdir.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: