Torpağın payız sovqatı

A- A A+

Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı istiqamətində həyata keçirilən tədbirlərin miqyası getdikcə artır. Belə tədbirlər taxılçılığın inkişafında özünü daha qabarıq şəkildə göstərir.  Bu gün qürur və iftixar hissi ilə demək olar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahat kəndə və kəndliyə əsl sahibkarlıq hissi gətirib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində torpaq sahibkarı olan kəndlinin məhsul istehsalına olan marağı daha da artıb. Bunun müqabilində bu gün regionumuzun bütün yaşayış məntəqələrində pay torpaqlarının bir qarışı belə, boş qalmır. Deyirlər, kainatı yaşadan da elə bu ilahi vergidir. Bu sevgi ilə də torpaqlarımızın hər qarışı əkilir, becərilir. “Öz taxılımız, öz çörəyimiz” prinsipi ilə işləyən Sədərək taxılçıları 1525 hektarda keyfiyyətli şum qaldırıb, 1256 hektar sahədə isə əkin keçiriblər. İndiyədək 733 hektar sahədə suvarma işləri aparılıb.

                                                      “Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: