Müsabiqənin qalibləri elan olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Komitə tərəfindən “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək məqsədilə “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda III muxtar respublika yaradıcılıq müsabiqəsi təşkil olunub. Müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 48 nəfər 101 ədəd film və foto təqdim edilib.

Sonra müsabiqənin qalibləri elan olunub. Ümumilikdə ən yaxşı film və ən yaxşı foto nominasiyası üzrə 2 nəfər I, 2 nəfər II, 2 nəfər III, 8 nəfər isə həvəsləndirici yerlərə layiq görülüb. Qaliblərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom, hədiyyə və pul mükafatları verilib.

Tədbirin sonunda müsabiqəyə təqdim edilmiş fotolardan hazırlanmış videoçarxa baxış olub, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: