“Corning” şirkəti yüksək dözümlülüyə malik yeni nəsil “Gorilla Glass 6” ekran şüşəsini istehsal edib.
NUHÇIXAN-ın “The Verge” saytına istinadən verdiyi məlumata görə, yeni materialdan hazırlanan şüşə bir metr hündürlükdən 15 dəfə yerə düşsə də, sınmır.
İstehsalçı şirkət bildirir ki, “Gorilla Glass 5”dən fərqli olaraq, kompozit şüşə tamamilə yeni kimyəvi tərkibə malikdir. Yeni elementlərin hesabına kompressiyanın səviyyəsini artırmaq mümkün olub. Bu, şüşəni müxtəlif zədələnmələrə daha dözümlü edir.
Texnologiyanın yaradıcıları bəyan edirlər ki, zədələnmələrin 50 faizindən çoxu smartfonlar bir metrlik hündürlükdən yerə düşdüyü zaman baş verir. Ona görə də bu amil “Gorilla Glass 6” texnologiyasının yaranmasında əsas rol oynayıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.