Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə etibarnamə vermiş şəxsin istənilən vaxt həmin etibarnaməni ləğvetmək hüququ vardır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.2-ci maddəsinə görə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu halda, həmin etibarnamənin qüvvəsinə xitam veriləcəkdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə görə etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.