Naxçıvanda dekabr ayının hava proqnozu açıqlanıb

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecələr havanın temperaturu 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 6-9°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 0-5° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 millimetr) olacağı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: