Tələbələr Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər

A- A A+

Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatda bildirilir. İstehsalat təcrübəsinə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri cəlb olunub.

Ümumilikdə 21 tələbənin iştirak etdiyi təcrübə noyabrın 16-dan dekabrın 30-dək davam edəcək. Təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, həmçinin onlarda işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir. 

Təcrübədə Xidmətin əməkdaşları tərəfindən tələbələrə Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən dövlət miqrasiya siyasətinin xüsusiyyətləri, eyni zamanda  vətəndaşlıq məsələlərinə baxılması, miqrasiya sahəsində uçot sisteminin tətbiqi və monitorinqin həyata keçirilməsi mövzularında geniş məlumatlar verilir. Dərslər əsasən slayd və vidoeçarxlarla tədris olunur.

Qeyd edək ki, sonda istehsalat təcrübəsini uğurla başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: