NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2018-ci ilin birinci yarımilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Xidmətin rəisi, general-mayor Səxavət Salmanov məruzə edərək bildirib ki, 2018-ci ildə çağrışaqədər gənclərin ilkin qeydiyyata alınması davam etdirilib. 2002-ci ildə anadan olan vətəndaşların 2374 nəfəri artıq ilkin hərbi qeydiyyata alınıb.
Səxavət Salmanov qeyd edib ki, 2018-ci ilin birinci yarımilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə vətəndaşlardan 3494 ərizə və müraciət daxil olub. Onlardan 3463-ü müsbət həll olunaraq vaxtında icra edilib. 31 ərizə əsassız hesab edilərək vətəndaşlara izahatı verilib.
Xidmət rəisi vurğulayıb ki, Naxçıvan MR Ali Məclisinin beşinci çağırış 8-ci sessiyasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar vaxtında yerinə yetiriləcək.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Novruz Məmmədov