Naxçıvan şəhərində virus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər aparılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və digər aid qurumların birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində virus əleyhinə qabaqlayıcı profilaktik tədbirlər intensiv xarakter alıb. Ötən gün dezinfeksiya işləri bir sıra mədəniyyət müəssisələrində, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Naxçıvan Muxtar Respublika Kitabxanasında və Naxçıvan şəhər Əliabad qəsəbə Uşaq Musiqi Məktəbində aparılıb.

Qeyd edək ki, muxtar respublikada dezinfeksiya işlərinin tərtib edilən qrafik əsasında insanların intensiv istifadə etdiyi mərkəzlərdə aparılması davam etdiriləcək.

                                               Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: