Naxçıvan könüllüləri talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün qan verdi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində təşkil olunub.

Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında da 30-dan artıq könüllü gənc fəal iştirak edib. Muxtar respublika xəstəxanasının mərkəzi qan bankının  həkim-hemotoloqları tərəfindən hər bir donordan  analiz götürülərək sağlamlıqları yoxlanılıb, daha sonra qan götürülüb.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə yardım etmək məqsədi ilə istifadə olunacaq.

Qeyd edək ki, 2020-ci il ölkə prezidenti tərəfindən “Könüllülər ili” elan edilib. İl çərçivəsində muxtar respublika gəncləri də könüllü olaraq çoxsaylı tədbirlərdə fəal olaraq iştirak edirlər. Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük Həftəsi”nin sonunda isə könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaq.                                        

                          Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: