Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb və ya qəsdən çirkləndirilib - AMEA-nın vitse-prezidenti

A- A A+

Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb, su quyuları qəsdən çirkləndirilib və ya torpaqla doldurulub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova deyib.

Onun sözlərinə görə, Qarabağ su ehtiyatlarının (xüsusən yeraltı suların) böyük potensialı ilə də fərqlənib.

İ.Hüseynova qeyd edib ki, Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 623 kəhrizdən 332-si işğal altında qalıb.

Akademik hesab edir ki, regionda böyük potensiala malik olan yeraltı sular elmi cəhətdən düzgün istifadə edilərsə, yüksək səmərə verə bilər:

"Hesablamalara görə, işğaldan azad olmuş ərazilərdə kəhrizlər vasitəsilə 58-60 mln. kubmetr su əldə etmək mümkündür. Tək Cəbrayıl rayonu ərazisində olan 111 kəhrizin il ərzində verdiyi suyun həcmi 34,7 mln. kubmetrə bərabərdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: