Sağlamlıq imkanları məhdud uşaqlarla görüş olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təşkil olunub. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində  sağlamlıq imkanları məhdud uşaqlarla görüşüblər.                                              

Mərkəzin fəaliyyəti ilə tanış olan kollektivə məlumat verilib ki, burada fəaliyyət göstərən defektoloji bölmə, təlim-bərpa, psixoloji dəstək, kinect oyunları, kompüter otaqları, əmək və musiqi terapiyası kabinələrində uşaqlara təyinatına uyğun bütün xidmətlər göstərilir. Eyni zamanda hərəkət qabiliyyəti məhdud uşaqların təhsil alması üçün distant tədris mərkəzi  mövcuddur.  

Sonra gətirilən hədiyyələr uşaqlara təqdim olunub.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: