Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu da təmin edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 3 Dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində distant tədrisə cəlb edilən azyaşlı Şərur rayonunun Çərçiboğan kəndində yaşayan Gülmirə Abbasovadır. Zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi, həmçinin texniki avadanlıqlarla təmin olunan Gülmirəyə məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllimi tərəfindən ilk dərs keçirilib. Şagirdin valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın icrası bu kateqoriyadan olan uşaqların hərtərəfli inkişafında mühüm rol oynayır.
Sadiq Məmmədov