Dərinin rənginin dəyişilməsi bir çox xəstəliklər və pozulmalara işarə edə bilər.
Bu səbəbdən dəri rənginizdə hər hansı dəyişiklik müşahidə etdikdə həkimə müraciət edin. Nəzərə almaq lazımdır ki, dərinin rəngi süni deyil, təbii işıqlandırmada qiymətləndirilməlidir.
Solğun, boz dəri
Bunun səbəbləri arasında: stress, yorğunluq, yuxusuzluq, həzm sistemi xəstəlikləri, qəbizlik.
Süni "zaqar"
NUHÇIXAN xəbər verir ki, insan günəş şüalarını qəbul etmirsə, lakin onun dərisi tünd rəng alırsa, bu çox ciddi simptomdur. Bunun səbəbi böyrəküstü vəzilərin xəstəliyi ola bilər.
Ağ dəri
Bu ürək və ya ağciyər xəstəliklərinə, qanazlığına, qalxanvari vəzinin fəaliyyətinin azalmasına işarə edə bilər.
Qırmızı dəri
Səbəblər arasında: təzyiqin yüksək olması, ürək-damar sistemində pozulmalar, eritrositlərin istehsalının artması.
Göyümtül dəri
Belə dəri ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.
Sarı dəri
Səbəblər: Qaraciyər, dalaq xəstəlikləri, öd daşı xəstəliyi.