Naxçıvanda könüllü gənclər mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Beynəlxalq Könüllülər Günü” münasibətilə həftə ərzində təşkil olunan yarışlarda qalib olan və il ərzində fəallıq göstərən könüllü gənclər mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov qeyd edib ki, “Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar nazirlikdə “Könüllü gənclər həftəsi” reallaşdırılıb. Həftə ərzində könüllülər arasında futzal birinciliyi, “Xəmsə” Milli intellektual oyunu keçirilib.

Sonra yarışlarda birinci, ikinci və üçüncü yerləri tutan, il ərzində tədbirlərdə fəallıq göstərən könüllü gənclər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Tədbir süfrə ətrafında davam edib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: