Mərkəzi Bazarda təşkil olunan yarmarkaya ailə təsərrüfatçıları tərəfindən 100 tona yaxın məhsul çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Yarmarkaya muxtar respublikamızın bütün bölgələrindən ailə təsərrüfatçıları tərəfindən 100 tona yaxın müxtəlif yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Mövsümlə əlaqədar daha çox kənd təsərrüfatı məhsulları, xüsusilə də kartof, soğan, kələm, balqabaq, çuğundur, nar, şərq xurması və digər məhsullar çoxluq təşkil edib.

Bu gün həmçinin Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. Şərur şəhərində təşkil edilən yarmarkaya 68 çeşiddə 10 tona yaxın məhsul çıxarılıb.

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: