Ümumi gücü 15,6 meqavat olacaq Tivi su elektrik stansiyasının tikintisi davam etdirilir - VİDEO

A- A A+

Bu gün muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, Naxçıvan  enerjiyə olan tələbatını tamamilə yerli imkanlar hesabına ödəyir. Ordubad rayonunda tikilən Tivi Su Elektrik Stansiyası da Naxçıvanın enerji təhlükəsizliyində özünəməxsus rol oynayacaq.

Hazırda ümumi gücü 15,6 meqavat olacaq Tivi su elektrik stansiyasının tikintisi davam etdirilir. Yeni tikilən Tivi  Su Elektrik Stansiyası Biləv Su Elektrik stansiyasından sonra muxtar respublikada tikilən ikinci derivasiya tipli su elektrik stansiyasıdır. 

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mahmud Hüseynov

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: