Naxçıvanda ordunun maddi-texniki bazası gücləndirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusu üçün yeni xidmət və yaşayış kompleksi, xəstəxana istifadəyə verilib. Avtomobil dayanacağının, texniki qulluq və texniki nəzarət məntəqələrinin tikintisi başa çatdırılıb. Mərkəzi hərbi xəstəxananın tikintisi isə davam etdirilir.

Quruculuq işləri muxtar respublikanın rayonlarını da əhatə edib. Babək rayonunda texniki istismar hissəsinin, iki avtomobil dayanacağının tikintisi başa çatdırılıb. Qərargah binasının, komanda və texniki qulluq məntəqələrinin, iki əsgər yataqxanasının, iki bölük mərkəzinin və avtomobil dayanacağının tikintisi davam etdirilir. Babək rayonunda bir, Culfa rayonunda dörd, Şahbuz ­rayonunda iki anqarın tikintisi başa çatdırılıb.  Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib. Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində xidməti yaşayış binası istifadəyə verilib. Qaraçuq kəndi ərazisində sərhəd dəstəsi yenidən qurulub. Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: