Sədərəkdə Bayraq meydanında son tamamlama işləri görülür

A- A A+

Dövlət rəmzləri milli dövlətçiliyin, istiqlaliyyətin mövcudluğunu, xalqın keçmişini və gələcəyə yönəlmiş ən ülvi arzularını ifadə edir. Dövlət rəmzlərindən biri olan bayraq da azadlıq və istiqlal rəmzi olaraq, hər bir dövlətin müstəqilliyini ifadə edir. Xalqımızın qürur mənbəyi olan, müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımız bu gün işğaldan azad olunan hər bir rayon, şəhər, qəsəbə və kəndlərdə, strateji əhəmiyyətli yüksəkliklərdə dalğalanır. Sədərək rayonunun görkəmli yerində, Naxçıvan-Sədərək magistral avtomobil yolunun sağ tərəfində tikintisi aparılan Bayraq Meydanında son tamamlama işləri görülür. Burada yüksələn üçrəngli bayrağımız dalğalanaraq, biraddımlığımızda yerləşən düşmənə gözdağı olacaq.

Qeyd edək ki, artıq bayraq dirəyi quraşdırılıb. Bayraq Meydanının ətrafında daşlar düzülüb. Gülkarlıqların əkilməsi üçün ərazi hazır vəziyyətə gətirilib. İşıqlandırma sistemi quraşdırılıb.

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: