NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ordubad rayonunun Şəhriyar qəsəbəsində inşa olunan Kompleksdə işlər artıq yekunlaşıb. Bu qurğu rayonun 10 mindən çox insanını içməli su ilə təmin edəcək.
Kompleks saniyədə 127 litr su təmizləmə gücünə malikdir. Hidroobyektdə İsveçrə və Türkiyə istehsalı olan və hər birinin su təmizləmə gücü saniyədə 42,3 litr olan 3 dəst avadanlıq quraşdırılıb. Kompleksdə quraşdırılan avadanlıqlara nəzarət etmək məqsədilə 10 kamera quraşdırılıb və idarə etmə otağında mütəmadi olaraq bütün iş proseslərinə nəzarət sistemi yaradılıb.
İstehsal gücü 11000 kubmetr olan Kompleksdə bütün iş prosesi avtomatlaşdırılıb. Burada müasir qurğular vasitəsilə təmizlənən su təzyiqli nasoslar vasitəsilə Ordubad şəhəri yaxınlığındakı 5 min və 7 min kubmetrlik su anbarlarına ötürülür.
Mədinə Rəhimli