Muxtar respublika məktəblərində tibbi müayinələr aparılır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası və Şərur rayon Uşaq Xəstəxanasının həkim briqadaları məktəblərdə tibbi müayinələr keçiriblər.
Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbin şagirdləri Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası tərəfindən müayinə olunub. Uşaqlar nevropatoloq, pediatr, cərrah, stomatoloq, oftalmoloq müayinəsindən keçiblər.
Bu günədək Naxçıvan şəhərində 12069 şagird dərin tibbi müayinələrə cəlb olunub.
Şərur rayon Uşaq Xəstəxanası həkimləri tərəfindən də rayonun bir sıra məktəblərində, uşaq bağçalarında profilaktik müayinələr aparılır.
Qeyd edək ki, rayonda tibbi müayinələr noyabrın 16-sı başlayıb və dekabrın 21-nə kimi davam edəcək.
Nurlana Əhmədova