Hər insanın qarşılaşa biləcəyi yanıq bədəndə böyük zədələrə yol aça bilər.
Yanıq vəziyyətində edilən səhv tətbiqlər isə, yanığın yanında başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər, yanıq hadisələrində ən ideal ilk müdaxilənin, yanığın olduğu bölgəyə krant suyu ilə ağrı keçənə qədər yuyulmasını tövsiyə edir.
NUHÇIXAN xəbər verir ki, maye yanıqlarında paltarların dərhal çıxarılması, alov yanıqlarında isə yanan mühitdən uzaqlaşılıb oksigenli yerə çıxmaq həyatı xilas edəcəyini, elektrik yanıqlarının çox təhlükəli olduğunu və əvvəlcə elektriklə təmasın kəsilməsinin zəruri olduğunu bildirən mütəxəssislər belə dedilər: "Yanan xəstənin qaçaraq xilas olmağa çalışması təbii refleksdir, amma bu, xəstəyə çox ciddi çətinlik verə bilər. Elə bir vəziyyətlə qarşılaşıldığında dərhal yerə yatıb yaş bir bezlə ya da xəstənin özünü yerdə çevirərək bu vəziyyətdən çıxması, həyatını xilas edəcək.
Yetkin yanıqlarında daha çox iş qəzaları görülür. Qış mövsümündə alov yanıqları ilə daha çox qarşılaşırıq. Yanıqla qarşılaşan xəstə ilk olaraq yanığa səbəb olan maye ya da bərk maddəni tez bir zamanda uzaqlaşdırmalıdır. Bunun üçün ən ideal ilk kömək yanan bölgəni kran suyunun altında 15 dəqiqə ağrı keçənə qədər saxlamaqdır. İllərlə öyrəşdiyimiz üzullarla: diş pastası, yumurta ağı, zeytun yağı və qatıq kimi xalq arasında istifadə edilən bəzi maddələr, daha sonra müalicə zamanı işimizi çətinləşdirir. Bunlar həm infeksiya ehtimalını artırır, həm də diş pastasındakı mentol kimi maddələrə görə yanığın daha da dərinləşməsinə, xəstəxanada qalma müddətinin uzanmasına səbəb olur. Buz, yanıq sahəsinin genişləməsinə səbəb olduğu üçün ən idealı otaq istiliyindəki su ilə yumaqdır".