Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib

A- A A+

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edib.

NUHÇIXAN xəbər verir ki, yeni idman növləri bunlardır: xizək akrobatikası və tramplindən tullanma üzrə qarışıq komanda yarışları, kişilər və qadınlar arasında fristaylın “biq eyr” növü, şort-trekdə qarışıq estafet, qarışıq snoubord–kross və qadınlar arasında bobsley yarışları.

Qadınlar arasında xizək ikinövçülüyü yarışları, sinxron fiqurlu konkisürmə və kirşə idmanının altı növü yarışların siyahısından çıxarılıb.

BOK-un qərarı ilə Pekin Olimpiadasında ümumən 2892 idmançı yarışacaq. Onların 45,44 faizini qadınlar təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: