Naxçıvanda daha 32 sosial qayğıya ehtiyacı olan ailəyə aktivlər verilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32 sosial qayğıya ehtiyacı olan ailəyə aktivlər verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə nazir Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilən, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb.
Qeyd edək ki, proqramın icrası ilə əlaqədar noyabr ayında muxtar respublika üzrə, ümumilikdə 32 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. 22 nəfərin hər birinə iki baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə qaynaqçı avadanlığı və ləvazimatları, 1 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Yeni aktiv verilən ailələrdən biri şəhid ailəsidir.
Novruz Məmmədov