Ən gözəl ölüm ŞƏHİDLİKDİR - Aşur Cəmiyev - VİDEO

A- A A+

Ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizdən biridir Naxçıvan şəhərinin igid övladı  kapitan Aşur Cəmiyev.

Şahbuz rayonunun  Külüs kəndində anadan olan Aşurun tək arzusu Vətəninin çətin zamanlarında yanında olmaq və Şəhadətə yüksəlmək idi. Onun üçün Şəhidlikdən ötə zirvə yox idi.  Könüllü olaraq ərizə yazıb döyüşlərə qatılmaq istəyir. Dəfələrlə ərizəsi geri dönsə də, o inadından geri dönmür və nəhayət döyüşlərə qatılır.

Zəngilana, Qubadlıya, ən çox da Şuşa qalasına bayraq sancmadan şəhid olmaq istəmirdi. Kapitan Aşur Cəmiyev Xudafərinə, Zəngilana bayraq sancan oğullar sırasında olmağın qürurunu yaşadı. Oktyabrın 6-sı gedən döyüşlərdə  yaralansa da, 15 gün bunu hər kəsdən gizlətdi, Vətən acısını öz yarasından üstün tutdu. Qubadlı istiqamətində gedən döyüşlərdə Şəhadət şərbətini içdi.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının şəhid kapitan Aşur Cəmiyevlə bağlı hazırladığı videomaterialı təqdim edir:

Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: