NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 212 milyon 318 min 800 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 191 milyon 39 min 100 ABŞ dollarını ixrac, 21 milyon 279 min 700 ABŞ dollarını idxal təşkil edib və 169 milyon 759 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bununla yanaşı bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. 1 iyul 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 73 min 558-ə çatmışdır ki, bunun da 64 min 540-ı və ya 87,7 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-iyun aylarında açılmış 8592 bank hesabının 8492-si aktiv hesablar olub. 1 iyul 2018-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1269-a çatıb. Səmərəli sığorta sisteminin formalaşdırılması tədbirləri də davam etdirilir. 2018-ci ilin yanvar-iyun aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 3 milyon 713 min 500 manat olmuşdur.