Naxçıvanlı gənclər arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı intellektual oyun keçirildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı təşkil olunub.

Təşkilatçılar diqqətə çatdırıblar ki, oyunun keçirilməsində məqsəd gənclərin yol hərəkəti qaydaları ilə daha yaxından tanışlığını təmin etmək, onların bu sahədə biliklərini yoxlamaqdır.

6 komandanın iştirak etdiyi “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilib. Suallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyənləşən yol hərəkəti qaydaları, həmçinin bu qaydalarla bağlı mövcud olan tarixi faktlar əsasında hazırlanıb. Daha çox suala düzgün cavab verən Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası I, Naxçıvan Dövlət Texniki Kollecinin “Mübarizlər” komandası II, Naxçıvan Müəllimlər İnstitutunun “Mübariz” komandası isə III yerə çıxıb. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: