Azərbaycan Ordusunun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlanıb

A- A A+

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.

Lövhə bu gün Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradda nümayiş etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: