SİYAQUTDA İBADƏT VƏ MƏRASİM EVİ TİKİLİR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızın bütün bölgələrində, o cümlədən Şərur rayonunda dəfn mərasimlərinin İslam dəyərlərinə uyğun keçirilməsi üçün ayrıca yerlərin yaradılması  sakinlər tərəfindən razılıqla qarşılanır. İnşa olunan mərasim evləri şaxtalı qış aylarında, yaxud isti yay günlərində dünyasını dəyişənlərin yaxınlarını müəyyən qayğılardan xilas edir, əlavə çətinliklər yaranmasının qarşısını alır.

Hazırda rayonumuzun 24 ünvanında belə yerlər fəaliyyət göstərir. Qarxun, Xanlıqlar, Tumaslı, Ərəbyengicə, Sərxanlı, Zeyvə, Muğanlı, Dərvişlər və digər kəndlərdə isə mərasim evlərinin tikintisi davam etdirilir.

Bir aya yaxındır ki, Siyaqut kəndinin mərkəzində də mərasim evinin tikintisinə başlanılıb. Tikintini «Veysəloğlu» Şirkəti aparır.

Şirkətin nümayəndəsi Fazil Hacıyevin verdiyi məlumata görə,  hazırda tikintidə monolit  betonlama işləri görülür. 350 kvadratmetr sahəni əhatə edən binada kişilər üçün 150, qadınlar üçün 100 nəfərlik yer nəzərdə tutulub. Eyni zamanda, yardımçı otaqlar, mətbəx, dəstəmaz və ibadət yerləri olacaq, su və kanalizasiya xətləri çəkiləcək, ətraf abadlaşdırılacaq, yaşıllıqlar salınacaq, həyətdə oturacaqlar qoyulacaq.

Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək binada yay aylarında otaqları sərinləşdirmək üçün avadanlıqlar quraşdırılacaq. Bundan başqa mətbəx  lazım olan bütün avadanlıq və məişət əşyaları ilə təmin olunacaq. Binanın tikintisi başa çatandan sonra yaxınlıqdakı köhnə məscidin də əsaslı təmiri nəzərdə tutulur.

Püstə MƏMMƏDOVA

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: