NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Nazir, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Süliddin Əliyev qeyd edib ki, cari ilin birinci yarısı ərzində hüquqi maarifləndirmə məsələsi diqqət mərkəzində saxlanılıb. Məhkumların saxlanma şəraitinin müasir standartlara uyğunlaşdırılması, penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə cəzaçəkmə müəssisəsində yeni daş duz üzərində oyma kursu təşkil edilib. 20 nəfər məhkumun məşğulluğu təmin olunub.Məruzə ətrafında müzakirələr aparılıb, çıxışlar edilib.Kollegiya iclasına ədliyyə naziri Süliddin Əliyev yekun vuraraq deyib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. Həmin tapşırıqların icrası istiqamətində lazımi işlər görüləcək.
Əbülfəz Dünyamalıyev
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.