Türkiyə hərbçiləri Zəfər paradında keçid edib

A- A A+

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında Türkiyə hərbçiləri də iştirak edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qardaş ölkənin Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyət tribuna önündən keçib.

Parad heyətinə Türkiyə Silahlı Qüvvələrinin minbaşısı Harun Ergin başçılıq edib.

Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: