Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri və helikopterlərinin uçuşu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, milli şahinlərimiz Bakı buxtası və Azadlıq meydanının üzərindən uçub, Azərbaycan və Türkiyənin bayraqlarını nümayiş etdiriblər.
Hərbi təyyarələr paytaxt səmasında Azərbaycanın üçrəngli bayrağının əksini yaradıblar.