Ötən ay muxtar respublikada 12 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar olunub

A- A A+

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, operativ vergi nəzarəti tədbirləri noyabr ayında da davam etdirilib. Ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər  zamanı 12 vergi ödəyicisində qanunvericiliyin pozulması halları müəyyən olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergi ödəyicisində pul vəsaitlərinin uçotdan gizlədilməsi və 10 vergi ödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: