Naxçıvanda ötən ay yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib

A- A A+

Muxtar respublikada torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi diqqətdə saxlanılır.

Bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  verilən informasiyada qeyd olunub. Belə ki, ötən ay 402 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 348 texniki sənəd hazırlanıb, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilib, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Eyni zamanda  8 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şərur rayonunun Çərçiboğan, Sədərək rayonunun Sədərək bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Maxta, Kərimbəyli, Axaməd, Kürçülü, Kürkənd, Qorçulu və Şəhriyar kəndlərində monitorinqlər başa çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: