Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dekabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi qrafikdən əvvəl başa çatdırılıb. Əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər.