Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər Bayrağı elan olunub

A- A A+

Ermənistanın işğalından azad olunduqdan sonra Şuşa şəhərinə sancılan bayraq Azərbaycanın Vətən müharibəsində Zəfər Bayrağı elan olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Zəfər paradının aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib.

O bildirib ki, həmin bayraq bu gün Zəfər paradında nümayiş olunub: “Bayrağı meydana Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədov gətirib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: