NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dərmanlama işləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarında salınan meyvə bağlarında xəstəlik və ziyanvericilərə qarşı aparılıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan tədbir zamanı ərazilərə 3 faizli bordo məhlulu çilənib. Məqsəd xəstəlik və ziyanvericilərə qarşı qabaqlayıcı mübarizə işlərinin aparılmasıdır.
Bu ərazilərə mütəmadi olaraq aqrotexniki qaydalarda qulluq göstərilir, ağacların suvarılması və ətraflarının təmizlənməsi diqqətdə saxlanılır. Sahələrdə əkilən ərik, tut, göyrüş, iydə və digər tinglər nümunəvi becərmə sayəsində inkişaf edib.
Qeyd edək ki, bundan əvvəl Əshabi-Kəhf ziyarətgahına gedən yolun ətraflarında salınan meyvə bağlarında və yaşıllıq zolaqlarında dərmanlama aparılıb.
Məhəmməd Fərəcov