NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda 2018-ci ilin birinci yarısında görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində muxtar respublikanın bütün bölgələrində, eləcə də Culfa rayonunda iqtisadiyyatın bütün sahələrində əldə olunan dinamik inkişaf tempi saxlanılıb, şəhər və kəndlərin hərtərəfli inkişafı təmin edilib. Son illərdə istifadəyə verilən yeni istehsal müəssisələri yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına səbəb olub. Belə müəssisələrin yaradılmasına bundan sonra da diqqət artırılmalı, vətəndaşlar üçün daha əlverişli olan özünüməşğulluq sisteminə keçirilməsi istiqamətində səylər gücləndirilməlidir.
Bildirlib ki, aparılan yoxlamalar zamanı bəzi idarə və müəssisələrdə əmək və icra intizamı, həmçinin infrastruktrun qorunub saxlanılması ilə bağlı nöqsanlar qeydə alınıb. Buna görə də idarə və müəssisə rəhbərləri fəaliyyətlərini ətraflı təhlil edərək yol verilən nöqsanların yaranma səbəblərini ciddi şəkildə araşdırmalı, yaranan problemlər vaxtında aradan qaldırılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib
Müşavirəyə rayon icra hakimiyyəti başçısı Şükür Babayev yekun vuruaraq deyib ki, Culfa rayon İcra hakimiyyəti beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında verilən tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.
Röyal Kərimov