BMT-nin Ümumdünya Ərzaq Proqramına Nobel mükafatı təqdim olunub

A- A A+

Ümumdünya Ərzaq Proqramına (ÜƏP) Nobel mükafatı təqdim olunub. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, mərasim onlayn rejimdə keçirilib. Tədbirdə təşkilatı onun icraçı direktoru Devid Bisli təmsil edib. ÜƏP-nin nüfuzlu mükafatın laureatı olması oktyabrın 9-da elan olunmuşdu.

Dünyanın ən böyük humanitar təşkilatı aclıqla mübarizəyə verdiyi töhfələrə və münaqişə zonalarında sülhün qurulmasına görə bu mükafata layiq görülüb. ÜƏP hər il 88 ölkədə təxminən 100 milyon insana yardım göstərir. Mükafatının təqdimetmə mərasimində Devid Bislinin nitqində bu gün milyonlarla insanı təhdid edən aclığın qarşısını almaq zərurəti vurğulanıb. Bununla yanaşı, o, dünya birliyinə milyonlarla insanın həyatını xilas etmək üçün proqrama lazım olan vəsaitin ayrılması barədə müraciət edərək, əks təqdirdə ÜƏP işçilərinin kimlərə qida yardımı göstərmək, kimlərə isə rədd cavabı vermək seçimi qarşısında olacaqlarını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: