Təsərrüfat subyektlərindən 25 min 147 hesabat yığılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində kollegiya iclası keçirilib. Komitənin sədri Vaqif Rəsulov iyulun 14-də keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr barədə danışıb.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarısında şəhər və rayon statistika idarələri ilə birlikdə komitə aparatının aidiyyətı şöbələri üzrə 7 min 68 təsərrüfat subyektindən 25 min 147 hesabat yığılıb. Bunların da 100 faizi onlayn rejiminə daxil edilib. Hesabatlar komitə aparatının aidiyyətı şöbələri tərəfindən ümumiləşdirilərək analiz edilib, muxtar respublika üzrə iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair göstəricilər əldə olunub. Cari ilin ötən dövrü ərzində muxtar respublikanın inzibati ərazi dairələrində 99 min 279 təsərrüfat subyektinə dair göstəricilərin aktuallaşdırılması təmin edilib.
Vaqif Rəsulov vurğulayıb ki, hesabat dövründə komitə aparatının aidiyyətı şöbələri tərəfindən Komitənin internet saytında 2017-ci ilin yekunu və 2018-cı ilin ötən dövrü üzrə aylıq makroiqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkilləri yerləşdirilib.
İclasda Rayon Statistika İdarəsinin rəisləri çıxış edərək 2018-cı ilin birinci yarımilində görülən işlər barədə məlumat veriblər.
Turab Hacızadə