Qazi atanın Şəhid oğlu - Tağı Abdullazadə - VİDEO

A- A A+

Bir igid ömrü düşünün: birinci Qarabağ müharibəsində düşmənin göz dikmək istədiyi Sədərək döyüşlərinin ən şiddətli vaxtlarında dünyaya gəlir, 28 ildən sonra ikinci Qarabağ döyüşlərində, torpaqlarımızın işğaldan azad edilməsində böyük rəşadət göstərərək Şəhidlik zirvəsinə çatır. Onun atası İlham Abdullayev 1-ci Qarabağ müharibəsi zamanı Sədərəyin müdafiəsində böyük şücaətlə vuruşub qazi olmağın, oğlunun isə ikinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə yüksəlməsinin qürurunu yaşayır.

Tağı Abdullazadənin Füzulidən başlayan döyüş yolu Hadrut istiqamətində gedən döyüşlərdə başa çatır. Oktyabrın 30-da  işğaldan azad edilən hər torpağımıza sancdığı bayraqdan da uca zirvəyə - Şəhidlik məramına yüksəlir. Özündən sonra ailəsinə yalnız fəxarət hissləri və 4 yaşlı Yusifi miras qoyub gedir. Həmin Yusifi ki, anası onu atasının layiqli davamçısı kimi böyüdəcək.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının Qeyrət qalası Sədərəyin igid oğlu Tağı Abdullazadə ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

                                                                                           Elnurə Tahir

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: