Gənclər Heydər Əliyev Muzeyini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummmilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıldı, milli ordu formalaşdırıldı.
Vurğulanıb ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı naminə müəyyənləşdirdiyi siyasət bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ekskursiya zamanı muzeyin bələdçisi gənclərə ümummilli liderin həyatı və siyasi fəaliyyətinin əks olunduğu eksponatlar haqqında geniş məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə dahi rəhbər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyada 25 nəfər könüllü gənc iştirak edib.
Sadiq Məmmədov