Naxçıvanda əcnəbi tələbələr üçün ekskursiya təşkil olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” layihəsi çərçivəsində “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ziyarət zamanı kompleksin bələdçisi abidə haqqında ətraflı məlumat verib. “Naxçıvanda yerləşən “Əshabi-Kəhf” mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də “Əshabi-Kəhf”in adı çəkilir. Bu abidə kompleksi Azərbaycanda tanınan dini turizm məkanıdır. Hər gün yüzlərlə insan bu ocağı ziyarət edir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür”,-deyə bələdçi qeyd edib.
20 əcnəbi tələbənin iştirak etdiyi ekskursiyanın keçirilməsində məqsəd tələbələrin muxtar respublikanın turizm məkanları, tarixi abidələri və muzeyləri ilə yaxından tanışlığını təmin etməkdən ibarətdir.
Sadiq Məmmədov