Muxtar respublikada ötən ay qanunsuz yaşayan 12 əcnəbi aşkarlanıb

A- A A+

Bu barədə məlumat Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olub. Həmçinin Xidmətə, ümumilikdə 516 müraciət daxil olub. Onlardan 294-ü əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 222 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 49-u elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: