6 ay ərzində Naxçıvandan Bakıya 6202 nəfər sərnişin daşınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Nazir Mirsənani Seyidov bildirib ki, iyulun 14-də keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında tapşırılıb ki, Nəqliyyat Nazirliyi avtovağzallarda göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmalı, xəttə buraxılan ictimai nəqliyyat vasitələrinin texniki sazlığına və hərəkət qrafikinə nəzarəti gücləndirməlidir.
2018-ci ilin ilk altı ayı ərzində görülən işləri ətraflı təhlil edilib. Vurğulanıb ki, 2014-cü ildən 2018-ci ilin müvafiq dövrünə qədər olan müddətdə idarənin balansı alınan 10 avtobus və mikroavtobus, habelə 13 Nazlifan markalı taksi ilə daha da möhkəmləndirilib. İyul ayında isə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 avtobus gətirilib. Yeni gətirilmiş avtobusların hesabına nazirlik sistemində 10 yeni iş yeri açılıb.
2018-ci ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 213 avtobus reysi edilib, 6202 nəfər sərnişin daşınıb. Bakıdan Naxçıvana da 213 reys edilib, 6829 nəfər sərnişin daşınıb. Sonra məruzə ətrafında çıxış edənlər 2018-ci ilin birinci yarımilində görülən işlər barədə məlumat veriblər.
Turab Hacızadə