Azərbaycanda ötən ay uşaqlara ən çox hansı adların qoyulduğu açıqlanıb

A- A A+

Azərbaycanda noyabrda uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay ərzində doğumu qeydə alınmış kişi cinsindən olan körpələrə Yusif, Uğur, Hüseyn, Əli, Ömər, Məhəmməd, Murad, Raul, Ayxan və Adəm adları qoyulub.

Qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Məryəm, Mələk, Fatimə, Aylin, Nuray, Nilay, İnci və Dəniz kimi adların verilməsi üstünlük təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: